Hollivud ssenaristləri Los-Ancelesdə etiraz aksiyası keçirdilər

Hollivuddakı şəraitə görə 50 günə yaxındır tətil edən ssenaristlər Los-Ancelesdə etiraz aksiyası təşkil ediblər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Los-Ancelesdə iş zəmanəti və maaş zəmanəti tələbi ilə keçirilən etiraz aksiyasında 1000-ə yaxın ssenarist bir araya gəlib.

Ssenari müəllifləri bir çox aktyor və əməkdaşların dəstəklədiyi 50 günlük tətilin uğurla başa çatacağına inanırlar.

İllik serial və film istehsalının sürətlə artdığı son illərdə ssenaristlər daha ağır şəraitdə işlədiklərini və bunun müqabilində daha az maaş aldıqlarını bildirirlər.

Qeyd edək ki, ssenari müəllifləri sonuncu dəfə 2007-ci ildə tətil etmişdilər və işçilərin 100 günlük işdən çıxarılması təxminən 2 milyard dollar itkiyə səbəb olmuşdu.

Share: