Hindistanda 3 qollu uşağı Allah bilib, ibadət etdilər – VİDEO – FOTO

Hindistanda kənd camaatı mutasiayaya uğramış uşağı Allahın elçisi elan edib.

Müstəqil.Az haberler-ə istinadla xəbər verir ki, Hindistanın Çxattisqarx ştatının Bilaspur vilayətində 3 qollu qız uşağı dünyaya gəlib.

Noyabr ayının 2-də Radhika Sahu adlı qadın 3 qollu uşaq doğub. Onun 3-cü qolu sinəsinə birləşik halda olub.

Qızın 3 qollu olması bütün kəndə yayılıb və kəndlilər onu müqəddəs şəxs hesab ediblər. Hətta bəziləri onun Allah olduğunu düşünərək ona ibadət belə ediblər.

Qızın 3 qolu olsa da, onun sağlamlığı ilə bağlı hər hansı problemi yoxdur.

Həkimlər qızın ailəsinə əməliyyatla onun qolunun birini kəsməyi məsləhət görüblər.

Müstəqil.Az uşağın görüntülərini təqdim edir:

 

Share: