Hindistan və Kanada ticarət danışıqlarını dayandırdı

Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal bildirib ki, Hindistan “müəyyən məsələlərdə” fikir ayrılıqlarına görə Kanada ilə ticarət danışıqlarını dayandırıb.

Nazirin bəyanatı Kanadanın Hindistana oktyabrın əvvəlində Mumbaya çatması planlaşdırılan ticarət missiyasını ləğv etməsindən qısa müddət sonra verilib. Missiyanın işinin kənd təsərrüfatı, qida, rəqəmsal texnologiya, infrastruktur və həyat elmlərinə yönələcəyi gözlənilirdi.

“Kanada ilə ticarət dialoqumuza fasilə verdik. Geosiyasi və iqtisadi baxımdan eyni mövqedə olduğumuza əmin olmalıyıq. Baş nazir Narendra Modi ilə Baş nazir Castin Trüdo arasında keçirilən ikitərəfli görüşdə ciddi narahatlıq doğuran bəzi məsələlər vurğulandı”, – deyə nazir bildirib.

Mənbə: 1prime.ru

Share: