Heydər Əliyev Mərkəzində Kristina Orbakaytenin konserti oldu — Fotolar

Noyabrın 14-də tanınmış rusiyalı müğənni, aktrisa Kristina Orbakayte Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Bakı konsertində Kristina Orbakayte həm yeni mahnılarını, həm də ötən illərin xitlərini səsləndirib.

Qeyd edək ki, gənc yaşlarından artıq tamaşaçıların rəğbətini qazanan Orbakaytenin artistliyi, istedadı və hər biri böyük məhəbbət hekayəsi olan mahnıları tamaşaçıların qəlbinə yol tapıb. Orbakaytenin zəngin repertuarına müxtəlif janrlarda mahnılar daxildir. Kristina Orbakayte, həmçinin bir sıra filmlərdəki rolları, o cümlədən “Müqəvva” (“Чучело”) filmindəki rolu ilə məşhurlaşıb.


Share: