Heydər Əliyev Fondu nələr edir?

Ümumiyyətlə Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, ölkə xaricində də kifayət qədər işlər görür və müxtəlif humanitar aksiyalar keçirir.

Bu sözləri açıqlamasında Heydər Əliyev Fondunun 15 illik yubileyi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bu fondun Azərbaycan üçün əhəmiyyəti çox böyükdür:

“Heydər Əliyev Fondu ölkəmizdə mühüm işlər görür. Buna səhhətində problem olanlara yardım, incəsənət nümayəndələrinə qayğı, maddi-mədəniyyət abidələrinin qorunması, təhsil və tibb sahəsində xüsusi layihələr və s. çoxsaylı işlər daxildir. Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi işlər isə Azərbaycanın tanıtması ilə yanaşı, həm də bu ölkələrin Azərbaycanla münasibətlərinin daha sıx olmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın zəhməti və düzgün idarəçiliyi sayəsində Heydər Əliyev Fondu dünyada ən nüfuzlu yardım fondlarından birinə çevrilib. Görülən işlər və aparılan düzgün siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu ölkələr sırasındadır. Bunun isə səbəbkarı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadır”.

Qeyd edək ki, 10 mayda Heydər Əliyev Fondunun 15 illik yubileyi keçirilib.(Axar.az)

Share: