Havay adalarındakı vulkanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ – VİDEO

Havay adalarındakı Kilauea vulkanının 8 nöqtəsindən çıxan ərimiş material sürətlə ətrafa yayılır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, vulkan materialları saatda 27 kilometr sürətlə Kapohonun cənubundakı okeana axır. Alimlər dağda baş verən hərəkətləri izləyir.

Mütəxəssislər vulkanın ətraf üçün təhlükəli olduğunu deyir. ABŞ Geoloji Araşdırma və Hava Xidmətləri Departamenti partlayışlar və kiçik zəlzələlərin baş verdiyi vulkanın havadan şəkillərini çəkib.

Qeyd edək ki, vulkan iyunun 14-də 1800 metr yüksəklikdə lava püskürüb. Partlayışlar davam etdiyi bir dövrdə vulkanın içərisində krater çuxuru yaranıb.

 

Share: