Həyat səndə yaşar, səndə də ölər!

Səadət QƏRİB 
Həyat qisa,
bu həyat məktəbinin yolu uzun,
Oxumaqla bitməz, tükənməz…
İcimdə yenə payız küləkləri əsir,
yenə ürəyimdə arzular ümidimi kəsir.
Zamansa səni tələyə salır,
özü qeriyə baxmadan
harasa tələsir.
Bəzən nə qədər yol gedirsən get,
yenə də özünü uzun yolun
ən başında qaldığını hiss edirsən.
Məyər, yaxın görünən yol uzaq,
uzaq görünən yollarsa yaxın olurmus.
Dünyanın gözü də
bu yollarda qırılırmış.
Yaşamağı bacaran insan
həyatın qədrini bilər.
Həyat sən özünsən.
Ömür səndə başlar,
səndə bitər.
Həyat səndə yaşar,
səndə də ölər.
 
Share: