Müstəqil.Az bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Fəzail İbrahimli ATƏT Minsk qrupu həmsdərlərinin bölgəyə növbəti səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, ATƏT MQ həmsədrlərinin bir məqsədi var, vaxtı uzatmaq, vaxt udmaqdır.
“MQ-yə həmsədr təyin edilib. O da səlahiyyət müddəti bitnədək münaqişə edən Azərbaycanla Ermənistana səfər edirlər, yeyib-içib, laqqırtı vurub gedirlər. Bu lap “Əliqulu evlənir” tamaşasındakı vəziyyətə bənzəyir. Yığışdıq, indi də ayrılaq. Sonra növbəti sədr gəlir. Axı həmsədr nə deməkdir. Onlar özlərində bir məsuliyyət hiss etməlidirlər. Ona görə də deyirəm ki, ATƏT Minsk qrupu bu məsələni həll edə bilməz”, – deyə F. İbrahimli bildirib.
Millət vəkilinin fikrincə, Minsk qrupunda təmsil olunan həmsədrlər ölkələri və qurumdakı nümayəndələri bir-birinə canavar kimi baxırlar:
“MQ-dəki Rusiya ilə ABŞ öz problemlərini həll edə bilmədiyi halda Qarabağ münaqişəsini necə həll edə bilər?! Hansı maraqlar baş qaldırdı ki, gəlib Azərbaycanın problemini həll etmək istədilər. ABŞ Rusiyay sanksiya tətbiq edir və nəticədə iqtisadi durum pisləşir. İkincisi, onların hər biri istəyir ki, Cənubi Qafqazda hegemon olsun.Ona görə də bu əks qüvvələrə ələ ələ verib belə bir ağır yükü aradan qaldıra bilməz. Krılovun təmsilindəki kimi, biri havaya, biri dənizə, biri də quruay dartıb Qarabağı həll edə bilməz. Odur ki, ATƏT-in Minsk qrupunun adı çəkiləndə mənim ətim tökülür”.
“Azərbaycan nə etməlidrsə edir. Dözümlülük deyirlər, dözür, beynəlxalq hüquq normalarına riayət edir, dünyada gedən bütün proseslərə loyal yanaşır, qonşuluq haqqlarını lazımınca yerinə yetirir. Bir yol qalıb ki, o da, günün birində Silahlı Qüvvələrini səfərbər edib, ATƏT MQ-nin bacarmadığı işi siz bacarmadız, mən bacaracam deyib hərbi əməliyyatlara başlayıb, torpaqları işğaldan azad etməkdir. Bunun da zaman ehtiyacı var”.
Müstəqil.Az
(Mürtəza. Ölkə.Az)