70 yaşın mübarək, Dədə Himayət!

Tanınmış həkim, ziyalı, el ağsaqqalı Himayət həkim Mahmudovun bu gün 70 yaşı tamam olur.

Müstəqil.Az olaraq adı və nüfuzu doğma Yardımlı və ətraf rayonlarda, eləcə də Respublikamızın hər gtərəfində hörmətlə anılan Himayət həkimi təbrik edir, ona sağlam həyat uzun ömür və cansağlığı arzulayırıq. ABŞ-ın Mçeqan ştatında yaşayan həmyerlimiz Elman Eldaroğlunun “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin  özünün feysbuk səhifəsində yayınladığı təbrikini təqdim edirik:

“70 yaşın mübarək, Dədə Himayət!!

Dünyanın harasından söhbət düşərsə deməyə SÖZÜN, hansı sahədən söhbət açılarsa, o sahənin mütəxəsisi səviyyəsində mülahizə yürütməyə SAVADIN var…
Dostcanlı, etibarlı, səmimisən. Uşaqla uşaq, böyüklə böyük dilində danışmağı bacarırsan- ARİFSƏN…
Allaha özünü dərk edəcək qədər İMANLISAN…
Daxilin gözəldir ki, zahirin də NURLU, İŞIQLI görünür…
AĞSAQQALLIQ alın yazın olduğundan masanın harasında əyləşdinsə ora baş olur…
Həmişə diqqət görmüsən, uğuruna el-oba sevgisi düşüb. Səninlə üzbəüz gələn hər kəs ayaq saxlayıb görüşməyi özünə borc bilir…
Bəli, EL AĞSAQQALLARIMIZDAN birisən…
Nümunəvi ata, sədaqətli qardaş, yaxşı dost, yol-yoldaşı, əmi, dayı, babasan…
Bax, elə bu keyfiyyətlərinə görə də Sən hamımıza əziz və doğmasan, xətrini çox istəyirik…
Fevralın 24-də 70 yaşın tamam olur. Səni bu münasibətlə təbrik edir, Sənə uzun ömür, möhkəm can sağlığı, firəvan həyat və hər iki dünyanın səfasını arzulayırıq.
70 yaşın mübarək, Dədə Himayət!

“Yardımlı Xeyriyyə Cəmiyyəti

Faiq Balabəyli

Share: