“Həm ermənilərin, həm azərbaycanlıların sülhə ehtiyacı var”

“Bakıda olmaqdan çox şadam. Son müddət ərzində telefon danışıqları aparsaq da, bu gün şəxsən görüşmək imkanımız oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında almaniyalı həmkarı Annalena Berbok deyib.

“Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. Burada iqtisadi səbəblər əsas rol oynayır. Bu bölgədə iqtisadi əməkdaşlıq üçün perspektivlər mövcuddur. Bu regionda sülhə ehtiyacımız var. Həm ermənilərin, həm azərbaycanlıların sülhə ehtiyacı var. Azərərbaycan və Ermənistanın ərazi bütövlüyü danışıqlar prosesinin bazasını təşkil etməlidir. Hər iki tərəfdən bu mövqeyi eşitdiyimə şadam. Demarkasiya kifayət qədər mürəkkəb prosesdir. Almaniya və Aİ hər iki ölkəni sülh yolunda dəstəkləməyə hazırdır. Sevinirəm ki, gələcəkdə görüş üçün perspektivimiz var və etimad quruculuğu ilə məşğul olacağıq”, – alman nazir əlavə edib.

Günel İbrahimova


Share: