Həkim,şair Rəfiqə Abbasova “İlmələnən arzular” və “Utancaq bənövşələr”i təqdim edəcək…

Müstəqil.Az bildirir ki,istedadlı həkim,şair Rəfiqə Qasım qızı Abbasovanin iki yeni şeirlər kitabı işıq üzü görüb.

Şairin “İlmələnən arzular” və “Utancaq bənövşələr” adlı kitabları “Elm və təhsil” nəşriyyatında çap olunub.

Rəfiqə Abbasovanın “Utancaq bənövşələr” adlı şeirlər kitabı “İlmələnən arzular”kitabından fərqli olaraq uşaq şeirlərindən ibarətdir.

Şair 10 fevral,2019-cu il,saat 14:00-da “Azərkitab kitab təbliğat mərkəzində”  yeni kitablarını ədəbi mühitə təqdim edəcək.

Maraqlanan hər kəs təqdimat mərasimi və imza gününə dəvətlidir.

Müstəqil.Az saytı adından gözəl insan,istedadlı həkim,şairimizə yaradıcılıq uğurları arzu edirik.

Aysel Səfərli

Müstəqil.Az

Share: