Gürcüstanda əhalinin sayının yarısı qədər avtomobil var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın demək olar ki, hər ikinci sakininin avtomobili var.

Daxili İşlər Nazirliyindən bildirilib ki, sentyabrın 30-na olan məlumata görə, ölkədə 1 milyon 700 min minik avtomobili qeydiyyatdadır və onlardan bir milyondan çoxu minik avtomobilləridir.

Ölkədəki avtomobillərin ümumi sayının üçdə birinin istismar müddəti 10 ildən aşağıdır. Elektromobil və hibridlər avtomobillərin ümumi sayının 5%-ni təşkil edir. Avtomobillərin 81%-i fiziki şəxslərin adınadır.

Qeyd edək ki, Gürcüstan əhalisinin sayı 3,7 milyon nəfərdir.

Mənbə: Sputnik Georgia

Share: