Ərdoğana şok müraciət edən Sarkisyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Əsl erməni…

 

Ermənistan prezidenti Armen Sarkisyan İsveçrə və Fransa telekanallarına bir müddət əvvəl verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi ilə bağlı suala nə üçün elə cavab verdiyinə aydınlıq gətirib.

Müstəqil.Az Publika.az-a istinadla  xəbər verir ki, media nümayəndələrinin suallarını cavablandıran A.Sarkisyan o cavabının siyasi bir açıqlama olmadığını deyib.

Sarkisyan bildirib ki, həmin müsahibə zamanı Erməni-Türk münasibətləri ilə bağlı açıqlama verməyib. Onun sözlərinə görə, bu cür açıqlamalar Ermənistan Xarici İşlər Nazirliyi və ya hökümət tərəfindən verilə bilər. O, belə bir mövqenin əsl erməni yanaşması olduğunu deyib.

“Müsahibə vaxtı jurnalist qəfildən mənə bir sual verdi. Sual çox bəsit idi, “əgər indi qarşınızda Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olsaydı nə deyərdiniz?” sualına səhər saatları olduğu üçün “Sabahınız xeyir” və bir də “danışacağımız məsələlər var” deyərdim şəklində cavab verdim”, – deyə A.Sarkisyan bildirib.

Qeyd edək ki, A.Sarkisyan bundan əvvəlki müsahibəsində Rəcəb Tayyib ərdoğanla görüşəcəkləri zaman onunla bu cür danışacağını bildirmişdi:

“Sabahınız xeyir, hörmətli prezident. Müzakirə etməli olduğumuz məsələlər olduğunu düşünürəm. Sən Türkiyənin, mən də Ermənistanın prezidentiyəm. Atalarım, ailəm Bitlis, Van və Ərzurumludur. Niyə öz keçmişimiz haqqında danışmırıq? Gələcək və haqlarımız haqqında danışmalıyıq. Xristianlıq əfv etməyi öyrədir”.

Gülxar

Share: