Göbək bağının atıldığı yerin insanın taleyində HANSISA BİR ROLU VARMI?AÇIQLAMA – VİDEO

Yeni doğulan uşağın göbək bağının basdırıldığı yer onun taleyini müəyyən edərmi?

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, bu sualı izləyicilərdən biri Türkiyəli ilahiyyatçı Nihad Hatipoğluna verib.

İlahiyyatçı bunun batil inanclar olduğunu deyib: “Bu adətin haradan gəldiyini bilmirəm. Amma reallıqla heç bir əlaqəsi yoxdur. Nə “Qurani-Kərim”də, nə peyğəmbərimizin əmrində, nə də ağılda bu məsələyə yer yoxdur.

 

Kimi göbək bağını Məkkəyə, kimi də Londona, Parisə göndərir. Bununla da uşaqlarının həmin şəhərlərdə yaşamaq arzularının gerçək olacağını düşünürlər. Bunlar batil inanclardır. Göbək bağını məscidin həyətinə basdırsanız, uşaq böyüyəndə din adamı olmaz. Təki olsun amma, göbək bağını basdırdınız deyə olmaz. Məktəbin həyətinə basdırsanız da, müəllim olmaz. Böyüyəndə istədiyi sənəti seçməsi üçün əziyyət çəkər və Allah da nəsib edər. Amma bunun göbək bağı ilə əlaqəsi yoxdur, yəni bu əməl taleyə təsir etməz”, – deyə ilahiyyatçı bildirib.

 

Müstəqil.Az

Share: