Gənc şair Vasif Zöhraboğlu “Natamam təkliyi” təqdim edəcək…

 

Müstəqil.Az bildirir ki,gənc və istedadlı şair Vasif  Zöhraboğlunun “Zirvə Tədris Mərkəzinin” “Zirvəkitab” layihəsi çərçivəsində  “Natamam təklik”adlı yeni şeirlər kitabı işıq üzü görüb.

 

16 fevral,2019-cu il,saat 15:00-da  gənc şairin yeni kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.

Arzu edən hər kəs tədbirə dəvətlidir!

Ünvan: Səbail rayonu,Cəfərov qardaşları küçəsi 16,Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun konfrans zalı.(İçərişəhər metro stansiyasının yaxınlığı,Dövlət İdarəçilik Akademiyasından yuxarı.)

TEL: 050 554 20 67

 

Müstəqil.Az 

Aysel Səfərli

Share: