Gənc şair Gülnarə İsrafil “İki”ni təqdim etdi…

Müstəqil.Az bildirir ki,gənc şair Gülnarə İsrafilinİKİ” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Kitab müəllifin sayca ikinci şeirlər kitabıdır.

Kitabın redaktoru: Zamiq Mehdisoy,ön söz müəllifi isə filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.

Kitabda müəllifin son illərdə yazdığı şeirlər toplanıb.

Dünən 24 fevral,2019-cu ildə “Milli hüquq evində” gənc şair Gülnarə İsrafilinİki ” adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirə önəmli və dəyərli söz,sənət adamları,yazıçı,jurnalistlər qatılıblar.

Tədbirin aparıcılıq vəzifəsini tanınmış şair, tənqidçi Akəm Xaqan və filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı icra edərək gələn dostlara,qonaqlara,söz ,sənət adamlarına söz vermişdir və onlar çıxış edərək şair haqqında fikirlərini və arzularını bildiriblər.

Gənc olmasına baxmayaraq istedadı və gözəl fikirləri,öz xüsusi dəst xətti ilə ədəbi mühitdə öz hörmətini qazanan Gülnarə İsrafilə ədəbiyyat dünyasının daha uca zirvələrini və uğur arzulayırıq.

 

Müstəqil.Az

Aysel Səfərli

Tədbirə aid fotolar:

 

Share: