Erməni təşkilatlarının Gürcüstandakı fəaliyyəti ilə bağlı tədbir

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan Publika.az-a verilən məlumata görə, seminarı AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açaraq mövzu haqqında geniş məlumat verib, Azərbaycan üçün aktuallığını diqqətə çatdırıb.

Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov məruzə ilə çıxış edib.

Seminarda Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universitetinin qafqazşünaslıq ixtisasında təhsil alan və hazırda Qafqazşünaslıq İnstitutunda istehsalat təcrübəsi keçən IV kurs tələbələri də iştirak ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Share: