Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləri qəzaya düşüblər, xəsarət alanlar var

Gəncədə minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı xəsarət alanlar, sürücü 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və onun həmyaşıdı Elvin Sadiqlidir.

Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləridir.

Faktla bağlı araşdırma aparılır.

Share: