Bakıda avtomobil 64 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Rəsulzadə qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Tamara Yezgey qızı Bağırovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli inci və bazu sümüklərinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Share: