Gəmi batdı: itkin düşənlər var

Çində yük gəmisi batıb.

Müstəqil.Az Teleqraf.com xəbər verir ki, hadisə Çinin cənub şərq hissəsində baş verib.

Məlumata görə, Fucein əyalətinin şərq sahillərində üzən və 13 nəfər əməkdaşı olan yük gəmisi bu gün səhər saatlarında batıb.

Xilasetmə tədbirləri sayəsində gəminin 11 əməkdaş qurtarılıb, 2 nəfər isə itkin düşüb.

Müstəqil.Az

Share: