Bu yol bir gün bağlı olacaq – Xəbərdarlıq

H.Z.Tağıyev qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata gör, Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

 

Müstəqil.Az

Share: