Gələn ildən Xəz satışına qadağan qoyulacaq

Gələn ildən ABŞ-ın ən böyük şəhərlərindən olan San-Fransiskoda xəz dəri satışı qadağan olunacaq.

Müstəqil.az xəbər verir ki, bu barədə qərar şəhərin müşahidə şurasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Qərar heyvanların müdafiəsi təşkilatının fəallarının təşəbbüsü ilə müzakirəyə çıxarılmışdı. Fəalların sözlərinə görə, hər il xəz dəriyə görə dünyada 50 mindən çox heyvan öldürülür.

Yeni qaydalara görə, xəz dəri ticarətçiləri 2020-ci il yanvarın 1-nə qədər ehtiyatda olan xəz dəri məhsullarını, o cümlədən paltoları və əlcəkləri satıb qurtarmalıdırlar.

Share: