Gədəbəydə 32 yaşlı qadın oğurlandı — 3 nəfər tutuldu

Gədəbəy rayonunda adam oğurluğu hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayın 4-də Gədəbəy şəhər sakini İ.Rəfili (şərti) polisə müraciət edərək saat 13 radələrində 32 yaşlı bacısı B.Rəfilinin (şərti) naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını oğurlamaqda şübhəli bilinən rayonun Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Ruslan Həsənov, Slavyanka kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Hümbətov və Gədəbəy şəhər sakini, 1994-cü il təvəllüdlü Qabil Məmmədcəfərov tutulub.

B.Rəfili gizlədildiyi yerdə aşkar edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı Gədəbəy RPŞ-də araşdırmalar davam etdirilir.

Nizam Rza

Həmçinin oxuyun: Его хоронят спустя неделю…


Share: