“Bavariya”nın futbolçusu ən yaxşı seçildi

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonası üzrə 2022-ci ilin ən yaxşı futbolçusu açıqlanıb.

Qurumun saytının yaydığı məlumata görə, bu ada Kanada millisinin futbolçusu Alfonso Deyvis layiq görülüb. Almaniyanın “Bavariya” klubunun 23 yaşlı müdafiəçisi ardıcıl ikinci dəfə bu mükafatı alıb.

Deyvis ötən il Kanada yığmasının heyətində Qətərdəki dünya çempionatında iştirak edib. O, bu mövsüm Münhen klubunda 38 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Share: