Formula 1-ə görə Bakının bu yollarında nəqliyyatın hərəkəti dayandırılır

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti bu gün saat 01:00-dan etibarən 8 iyun saat 06:00-dək dayandırılır.

“Qafqazinfo” xəbər verir ki,  “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.

31 may tarixindən 8 iyun tarixinədək bu istiqamətdə olan Kövkəb Səfərəliyeva, Rixad Zorge, Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrindən avtomobillərin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub.

Alternativ yollar – Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək, Səməd Vurğun küçəsi iki istiqamətli sürücülərin ixtiyarına veriləcək. Eyni zamanda Bünyad Sərdarov küçəsindən, Lermontov küçəsinə hərəkətin əksinə avtomobil sürücülərinin hərəkət etməsi üçün nəzərdə tutulub.

Bölgələrdən gələn sürücülər və Aeroport, Mərdəkan, Buzovna, o istiqamətə gedənlər şəhərin mərkəzi küçələrindən deyil Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisinə daxil olmaqla hərəkət edə bilərlər. Yaxud 20-ci sahədən, Bayıl qəsəbəsindən, Bayraq meydanı ətrafından mərkəzə doğru hərəkət edənlər Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn və Parlament prospekti istiqamətinə hərəkət etməlidirlər.

Share: