“Facebook”-da yazdığınıza fikir verin, daha silə bilməyəcəksiz

Son qərar yenə də istifaəçilərin rəyləri əsasında veriləcək

 “Facebook” sosial şəbəkəsi yenilik edib. Yenilik paylaşımlarla bağlıdır.

Belə ki, bundan sonra paylaşdığınız status, video və fotoları silmək mümkün olmayacaq. Amma “redaktə et” funksiyası saxlanılıb.

“Sil” funksiyasının əvəzinə daha bir yenilik tətbiq olunub. Bundan sonra paylaşımların tarixini dəyişmək mümkün olacaq.

Ancaq bu dəyişikliklər sınama müddətində olduğu üçün bütün istifadəçilərin profillərində görünməyə bilər. Son qərar yenə də istifadəçilərin rəyləri əsasında veriləcək.

 

Share: