“Fənərbağça” Xorvatiya millisinin üzvü ilə beşillik müqavilə imzaladı

Türkiyənin “Fənərbağça” klubu Xorvatiya millisinin futbolçusu Dominik Livakoviçi heyətinı qatıb.

Bu barədə İstanbul təmsilçisi məlumat yayıb. 28 yaşlı oyunçunun sözləşməsinin müddəti beşillikdir.

Livakoviç Super Liqa klubunda 40 nömrəli formanı geyinəcək.

Təcrübəli qolkiper 2015-ci ildən Zaqreb “Dinamo”sunda çıxış edib.

Share: