Eyyub Yaqubov Yaşıl teatrda konsert verdi

Yaşıl teatrda “Sound pro media group” və Fuad Musayevin təşkilatçılığı ilə Xalq artisti Eyyub Yaqubovun iki günlük konserti baş tutub.

Kulis.az xəbər verir ki, aparıcılığını Rahib Azərinin etdiyi gecədə 170 nəfərlik peşəkar komanda çalışıb.

Səhnəyə “Big band”in bədii rəhbəri, konsertin təşkilatçısı Fuad Musayev çıxıb. O, “Дай мне Боже силы” , “Səni sevdim” kimi mahnılarını səsləndirib. Gecədə Xalq artisti Cavan Zeynallı da iştirak edib.

Konsertin ikinci günündə tamaşaçılara sürpriz edən Eyyub Yaqubov sosial şəbəkələrdə yayılan ifası ilə məşhurlaşan 10 yaşlı Nuray Şahsuvarlını səhnəyə dəvət edib.

Share: