“Expressbank” beynəlxalq pul köçürmələri üzrə əhatəsini genişləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməyə və beynəlxalq pul köçürmələri xidmətini inkişaf etdirməyə davam edir. Belə ki, Bank daha 2 xarici bankda müxtəlif valyutalı müxbir hesablar açıb. Həmin banklar Çinin “Zhejiang Chouzhou Commercial” bankı və Almaniyanın “KT Bank AG”dir.

Çin bankında müxbir hesabın açılması həmin ölkə ilə ticarət əlaqələri olan yerli sahibkarların və biznes strukturlarının daha rahat fəaliyyətinə dəstək olacaq. Müştərilər pul köçürmələrini 3 valyuta (dollar, avro və Çin Yuanı) üzrə həyata keçirə bilərlər.

“Expressbank” Almaniyanın “KT Bank AG”də avro valyutalı müxbir hesab ilə müştərilərinin xidmətində olacaq.

Xarici pul köçürmələri etmək istəyən müştərilər “Expressbank”ın digər müxbir hesabları ilə bankın rəsmi saytından tanış ola bilərlər. 

“Expressbank” Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

“Expressbank” – İşiniz rahat getsin!

Share: