“Bəs bunlar hər il yüz milyonlarla dollar pul yığırdılar, hara xərcləyiblər?”

“Onlar nəinki, buraları dağıtmışlar, vaxtilə yaşadıqları yaşayış məntəqələrində də heç bir iş görülməyib, sovet vaxtında necə var idisə, elə də qalıb. Mən oranın hər tərəfini dəfələrlə gəzmişəm. Adam o kəndlərin vəziyyətinə baxanda, özünə sual verir ki, bəs, bunlar hər il yüz milyonlarla dollar pul yığırdılar, telemarafon düzəldirdilər, Los-Ancelesdə, Fransada, bəs, o pulları hara xərcləyiblər? Onlardan gərək soruşsunlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

“Orada bir dənə də daş-daş üstə qoyulmayıb, indi yəqin ki, insanlar oraya gedib görəcəklər, elə necə var idi, dağılmış, çox bərbad vəziyyətdə”, – Azərbaycan Prezidenti vurğulayıb.


Share: