Evini şahzadə Harriyə satan rusiyalı milyarder öldü

Milyarder Sergey Qrişin vəfat edib.

Onun martın 6-da öldüyü bildirilsə də, bu barədə yalnız iki gün sonra məlumat yayılıb.

Təxminən bir ay əvvəl “RosEvroBank”ın keçmiş ortağı beyin qan dövranı pozğunluğu ilə xəstəxanaya yerləşdirilib.

Qrişin Santa Barbaradakı malikanəsini Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markla 15 milyon dollara satması ilə tanınır.

Milyarder həmçinin 2018-ci ildə o, Amerika vətəndaşlığının verilməsi xahişi ilə ABŞ-ın o vaxtkı rəhbəri Trampa müraciət etməsilə gündəm olub.

Mənbə: Baza

Share: