Eden Azar müqaviləsinin sonuna qədər “Real Madrid”də qalacaq

“Real”ın vingeri Eden Azar müqaviləsinin sonuna qədər Madrid təmsilçisində qalmaq istəyir.

32 yaşlı futbolçu fevralda klub rəhbərliyi ilə görüşüb və 2024-cü ilin yayınacan komandada qalmaq arzusunu prezident Florentino Peresə çatdırıb. Belçikalı digər klublarla danışıq aparmır.

Azar üçün prioritet yaxınlarının xoşbəxtliyidir. Futbolçunun ailəsi Madriddə çox rahatdır və oğullarından biri bu yaxınlarda “Real”ın akademiyasına qatılıb.

Daha əvvəl baş məşqçi Karlo Ançelottinin gedişi halında oyunçusunun Madrid klubunda çıxışını davam etdirə biləcəyi bildirilirdi.

Azar 2019-cu ilin iyulundan “Real Madrid”də çıxış edir. Bu mövsüm 32 yaşlı futbolçu komandanın heyətində 7 oyunda bir qol vurub, bir məhsuldar ötürmə edib.

Mənbə: Sport-express.ru

Share: