Eşitmə və Nitq məhdudiyyətli insanların Səssiz Dünyalarına həsr olunmuş Sosial çarx çəkildi.

Müstəqil.Az bildirir ki, Eşitmə və Nitq məhdudiyyətli insanların Səssiz Dünyalarına həsr olunmuş Sosial çarx çəkilib.
Sosial çarxın ideya müəllifi Azərbaycanda ilk dəfə jestika ilə vine çəkmiş viner Mahmud Səfərov və Aida Səfərovadır.
Sosial çarxın rejissoru isə Orxan Quliyevdir.
Bu barədə məlumatı Müstəqil.Az-a Aida Səfərova özü vermişdir.
Qeyd edək ki, sosial çarx oktyabrın 26-da eşitmə məhdudiyyətlilərdən bəhs edən Fuad Tofiqoğlunun rejissorluğu ilə çəkilmiş “Mənim hekayəm” adlı filmin qala gecəsində, “Nizami” Kino Mərkəzində təqdim olunub.
Sosial çarxın çəkilməsində məqsəd eşitmə və nitq məhdudiyyəti olanların Səssiz Dünyalarına dəstək və işarət dilinin təbliği xarakteri daşıyır. Sosial çarx sonda hər kəsə “Sadəcə Jest edin ” şüarını ötürüb.
Müstəqil.Az saytı adından eşitmə və nitq məhdudiyyətli olmasına rəğmən durmadan çalışıb uğura doğru inamla addımlayan Mahmud Səfərov və ona dəstək olan hər kəsə uğurlar arzulayırıq.
https://www.youtube.com/watch?v=6bPpHFLlAbg&feature=youtu.be&fbclid=IwAR0BHGdcavkKIiFY7VBrtDFL4-GeOLFPmEHIPWIE3cwYb1MpoaWLcAOZGEs
Aysel Səfərli
Sosial çarxın videosu:
Share: