Birinci arvadı 71 yaşlı kişini 8 uşağı ilə birgə EVDƏN QOVDU VƏ… – Bakıda KÜÇƏDƏ QALDI

Şəmkir rayon sakini 71 yaşlı Cavad Cavadov 8 uşağı və 45 yaşlı həyat yoldaşı ilə birlikdə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə müraciət edib.

İctimai Birlikdən  bildirdilər ki, C.Cavadovun birinci həyat yoldaşı tərəfindən öz ata-baba evinə buraxılmır:

“Dediyinə görə, Cavad Cavadov iki dəfə ailə qurub. Birinci ailəsindən 2 uşağı olub, sonra həmin qadından ayrılıb ikinci dəfə ailə qurub. Lakin birinci həyat yoldaşı onu evə buraxmır. Buna görə məhkəmə çəkişmələri var. O da ikinci həyat yoldaşı və uşaqları ilə küçədə qalıb. Ən böyük uşağı 2006 təvəllüddür, ən kiçiyinin 1 yaşı var. Amma o uşaqlarından ayrı qalmaq istəmir. O, İctimai Birliyə Xətai rayon polis idarəsi əməkdaşları tərəfindən yerləşdirilib. Onlar 8 uşaqla küçədə qaldıqlarına görə mərkəzin sığınacağına yönləndiriliblər”.

İctimai Birlikdən bildirdilər ki, Cavad Cavadov ailəsinin küçədə qalması ilə bağlı Prezident Adminstrasiyasına və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər.

“Danışıqlarından belə məlum oldu ki, onlar küçədə qalmaqda maraqlıdırlar. Məqsədləri evlə təmin edilməkdir”.

Cavad Cavadov Publika.az-a, 8 uşağı ilə birlikdə illərdir kirayədə yaşadığını deyib:

“Birinci həyat yoldaşından ayrılandan sonra 59 yaşında ikinci dəfə ailə həyatı qurdum. 60 yaşımda birinci uşağımız oldu, ondan sonra da ilə biri, indi 8 uşağım var. Birinci həyat yoldaşımdan iki qızım var. Hər ikisi ailə qurub, nəvələrim, nəticələrim var. Amma birinci həyət yoldaşım evimə qoymur. İllərdir kirayə qalırdım. Uşaqların sayı artdığından heç kim evini kirayə vermək istəmir. Həm də əvvəl mərmər sexim olub, indi qocalmışam işləyə bilmirəm. Təqaüdlə 8 uşağa baxırdım, artıq baxa bilmirəm”.

Share: