“Eşitdiyimizə yox, gördüyümüzə inanırıq”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib.

Müstəqil.Az  xəbər verir ki, nazir Tvitter səhifəsində yazıb:

“Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq”.

Müstəqil.Az

Share: