Ermənistanda keçmiş sürücüsü hərbi hissə komandirini güllələdi-FOTO…

 Bu gün yerli vaxtla səhər saat 08:10-da İrəvanın Andranik küçəsi, 90 ünvanındakı binanın 1-ci mərtəbəsində atışma səsləri eşidilib.
Müstəqil.Az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, hadisə yerinə gələn polislər güllə yarası almış Conni Samsonyan ad-soyadlı ermənini aşkar edib. Məlumata görə, həmin məxluq Ermənistandakı N saylı hərbi hissənin komandiridir. Onu yaralayan erməni də yaxalanıb. Lakin istintaq sirri olaraq hələlik adı açıqlanmır.
Bəzi erməni saytlarının yaydığı son məlumatlara görə, erməni komandirə atəş açan onun keçmiş sürücüsü olub. O, bunu işdən çıxarıldığına görə, qisas məqsədilə edib.
Müstəqil.Az
Share: