Bakıda özünü məktəb binasından atan şagird qız bu gün öldü

Bakıda aprelin 4-də intihara cəhd edən 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva bu gün vəfat edib.

Müstəqil.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird xəstəxanada vəfat edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məlumata görə, qızın atası ilə anası ayrılıb. Anası daha sonra ailə həyatı qurub. Şagird də anası və atalığı ilə birgə Yasamal rayonunda kirayədə yaşayıb. 8-ci sinif şagirdi daha əvvəl 49 saylı məktəbdə təhsil alıb, oradan 203 saylı məktəbə keçib. Ötən ilin noyabr ayında isə 162 saylı məktəbdə təhsilini davam etdirib. Onların ailəsi polis idarəsində problemli ailə kimi qeydiyyatda olub. Bir müddət öncə 14 yaşlı qızın müəyyən hərəkətlərinə görə direktor tərəfindən icra hakimiyyətinə müraciət olunub və ailə qeydiyyata alınıb.

Share: