“Ermənistan səhvlərindən dərs çıxarmalıdır”

“Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

 “Zaman vacibdir. Reallığa əsaslanan həqiqi siyasət yeni faciələrin qarşısını almağa qadirdir. İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, faktları qəbul etməlidir”, – deyə Hacızadə qeyd edib.


Share: