Ermənilər təşvişdə: Cəbhədə vəziyyət gərginləşdi

Dağlıq Qarabağ terrorçularının yaratdığı qondarma rejim cəbhədə vəziyyətin “gərginləşməsindən” narahatlıqlarını gizlətməyiblər.

Müstəqil.Az erməni mediasına istinadla xəbər verir ki, separatçıların liderinin “müşaviri” Tiqran Abramyan bu həftə – 19-25 aprel tarixlərində qarşı tərəfdən irikalibrli silahlarla atəşkəsin 3500 dəfə pozulduğunu iddia edib.
“Mən sonuncu dəfə bu qədər böyük rəqəmin nə vaxt olduğunu xatırlamıram. Birmənalı olaraq deyirəm ki, cəbhədə vəziyyət gərginləşib”, – erməni “müşavir” bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın PUA-ları və aviasiyası da cəbhə boyu uçuşlarını intensivləşdirib.
Abramyan təmas xəttində Azərbaycanın yeni mühəndis infrastrukturu inşa etdiyini də vurğulayaraq, qorxusunu açıq ifadə edib.

Xatırladaq ki, “təmas xətti” deyilən ərazilər Azərbaycan əraziləridir və bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

Azərbaycan Ordusunun isə öz ərazisində istənilən addımı atmaq hüququ var.

Müstəqil.Az 

Share: