Çindən ABŞ-a korona yardımı: Bu dəfə Nyu Yorka…

Çinin koronavirusdan ən çox əziyyət çəkmiş Hubey vilayəti ABŞ-da oxşar vəziyyəti yaşayan Nyu York şəhərinə tibbi ləvazimatlar göndərib.

Müstəqil.Az xəbər verir ki, vilayətin inzibati mərkəzi olan Uhan şəhərindən 20 tonluq tibbi ləvazimatı aparan təyyarə artıq Nyu Yorka çatıb.

Uhandan növbəti günlərdə ABŞ-ın San-Fransisko şəhərinə, habelə Avropada Roma, London və Frankfurta tibbi ləvazimatların göndərilməsi planlaşdırılıb.

Müstəqil.Az 

     

    Share: