Ermənilər Rusiyanı özlərinə düşmən hesab edirlər

Ermənilər Rusiyanı özləri üçün təhlükə kimi gördükləri ölkələr siyahısına (3-cü) daxil edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə IRI İnstitunun keçirdiyi sorğu nəticəsində bəlli olub.

Belə ki, sorğu iştirakçılarının 11 faizi Rusiyanı Ermənistan üçün təhlükə olaraq gördüklərini söyləyiblər. Həmçinin respondentlərin 15 faizi Rusiyanın siyasi, 17 faizi isə iqtisadi təhdid kimi gördüyünü bildirib.

Qeyd edək ki, siyahıda Türkiyə və Azərbaycan müvafiq olaraq birinci və ikinci sırada qərarlaşıb.

Müstəqil.Az

Share: