Erməni 200 metrlik uçuruma düşüb öldü -FOTOLAR

Ermənistanda  təxminən 200 metrlik uçurumun dibindən bir gəncin cəsədi tapılıb.

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytları məlumat yayıb.

Fövqəladə hallar qurumunun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də Kotayk  mərzinin Nor Haçn şəhəri yaxınlığındakı körpünün altında bir adamın cəsədi tapılması haqda “911” xidmətinə çağırış edilib,  Hadisə yerinə gələn xilasetmə qrupları  1994-cü il təvəllüdlü Ermənistan  vətəndaşı Z.S.-ni uçurumdan çıxararaq polis məmurlarına təhvil verib.

Erməninin  ya intihar etdiyi, yaxud digər şəxs və ya şəxslər tərəfindən qəsdən körpüdən atıldığı ehtimal edilir. Araşdırma aparılır.

Share: