Dünyada internet istifadəçilərinin sayı 5.35 mlrd. olub

Dünyada internet istifadəçilərinin sayı 5.35 milyard olub.

“-Economics”in rəqəmsal dünya ilə bağlı hesabata istinadən xəbərinə görə, bu, dünya əhalisinin 66.2 faizinini internetə çıxışının olması deməkdir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə internet istifadəçilərinin sayında 1.8 faiz artım olub. Təkcə ötən il ərzində 97 milyon şəxs ilk dəfə olaraq internetdən istifadə edib.

Qeyd edək ki, 2022-ci ildə internet istifadəçilərinin sayında 1.9 milyon artım olub ki, bu da 98 milyon şəxsin ilk dəfə olaraq internetdən istifadə etməsi deməkdir.

Share: