Türk dünyasının ilk operator qadınıyla müsahibə

 

Hamımız istər telekanallarda, istərsə də saytlarda hər gün gördüyümüz aparıcı və sənət adamlarını təkrar-təkrar görürük. Bəzən də artıq onları görməkdən, müsahibələrini izləməkdən bezərək “Əşşi, nə qədər eyni adamlar efirlərə dəvət olunacaq, saytları zəbt edəcək” deyirik. Eyni simaları, tanış üzləri görməkdən bezib mən də maraqlı olan bir xanımdan müsahibə almaq fikrinə düşdüm. Türk dünyasının ilk opedator qadını, uzun illər Azərbaycan Dövlət televiziyasında xidmət edən Esmira Məmmədova ilə görüşməyi qərara aldım. Müsahibə vemək istəməyən Esmira xanımı bir təhər razı saldıqdan sonra onunla nəhayət ki, görüşdük.
– Esmira xanım, sizinlə Aztv-də görüşməyimi qərarlaşdırmışdım. Amma sonra məlum oldu ki, siz artıq oradan uzaqlaşmısınız. Nə baş verdi, niyə kanaldan çıxdınız?
– Heçnə baş veeməyib, öz ərizəmlə ordan çıxmışam. Artıq yaş o “yaş” deyil. Biz öz yerimizi gənclərə verməliyik .
– Bəs peşman deyilsiniz?
– Yox. Azərbaycan Televiziyasının inkişafında az da olsa payım var. Bu tək mənə aid deyil. Mənimlə bərabər uzun illər çalışan hər bir televiziya əməkdaşının xidmətləri danılmazdı. Bilirsiniz, bəzi insanlar qəbul etmək istəmirlər ki, fərli düşüncə, müasir baxış, yeni nəsil yetişir.İndi cəmiyyət daha fərqli dünyanı görmək istəyir. Telekanallarda yayımlanan proqramlar günün tələblərinə uyğun yayımlanmalıdır. Ona görə də, biz heç üzülmədən yerimizi yeni nəsilə verməliyik. İşlədiyimiz yerdə ömürlük qalmalı deyilik.
-Esmira xanım, bəlkə ötən illəri vərəqləyək?..
– İllər uzun görünür, amma çox tez keçdi. İnanın ki, bir də gördüm 45 illdir kanalda çalışıram. Nə yaşımdan, nə də şəxsi həyatımdan xəbərim olub. Televiziyaya gəlişim təsadüfi olsa da sonunda düşündüm ki, mən bu illər ərzində başqa bir yerdə işləyə bilməzdim. Bu sahəni sevdim, işimə məsuliyyətlə yanaşdım və vətənimə ləyaqtlə xidmət elədim.
O vaxtkı İncəsənət İnstitutunu bitrdikdən sonra yollar məni Azərbaycan Dövlət Televiziyasına gətirdi. İlk olaraq “Azərbaycantelefilm”də çalışmağa başladım. Düzdü, orada mənə başqa iş də təklif olundu. Amma mən operator olmaq, bu işi dərindən öyrənmək istədiyimi rəhbərliyə bildirdim. Uzun müddət film çəklişlərində operator köməkçisi, sonralar operator olaraq işlədim. Bir müddətdən sonra ordan ayrılaraq televiziyanın operatorlar qrupunda “Xəbərlər” redaksiyasında çalışmağa davam etdim.
– Həmin dövrdə çəkliş meydanlarında, tədbirlədə gənc xanımın operator işləməsi necə qarşılanırdı?
– Bilirsiniz, o zaman kameralar çox ağır idi. Mən tədbirlərdə çəkliş etdiyim zaman çoxu mənə təəccüblə baxırdı ki, gənc qadın bu cür ağır yükü çiyinlərində necə daşıyır. Hətta bir dəfə xarici ölkələrin birində mənə yaxınlaşıb “Xanım, bu sizə ağır deyil, siz necə bunu daşıya bilirsiniz?” sualını vermişdilər. Mən isə gülümsəyərək cavablandırmışdım ki, mənim üçün ağır deyil!.
– Yadnızda qalan maraqlı görüşlərdən nələri danışa bilərsiniz?
– Maraqlı yox. Amma Birinci Qarabağ müharibəsi zamanında ezam olunduğum günlər lent yazısı kimi gözümün önündən getmir. Operator olaraq getdiyin yerdə gördüklərimi lentin yaddaşına köçürmək məsuliyyətini daşıyısan. Amma elə məqamlar var ki, gördüklərini bir daha görmək istəmirsən, ürəyin tab gətrmir. Məsələn, Döyüş zamanı yaralı döyüşçüləri ərazidən çıxarıb onları xilas etməyə çalışan tibb heyyətini gördüyümdə işimi unudurdum. Onlara nəyləsə kömək erməyə çalışırdım. Ən azından yaralıların ağrı-acılarının azalması üçün Allaha dua edirdim.

Söhbətləşdi:

Pünhan İbrahim

Share: