
13 iyundan başlayan İran İsrail münaqişəsi getdikcə daha da dağıdıcı xarakter alır və region üzrə böyük müharibənin baş verə bilmə ehtimalı artır.
İsrail hələ aylar öncə nüvə proqramının dondurulması üçün ABŞ nin vasitəsilə İranla müəyyən nəticəyə əldə olunması üçün çalışdı lakin, qarşı tərəf heç bir güzəştə getmədi.
Əslində İsraillə İran arasında Tehranın nüvə başlığı istehsalı olmasa idi, ümumiyyətlə, uranın zənginləşdirilməsi və bu silah hazırlanması barədə işlər getməsə idi belə yenə müharibə olacaqdı çünki, İran yaxın Şərqdə geniş dini dayaqlara sahib və bir sıra hərbi qruplaşmalara – Hizbullah, Həmas, Husi və sair. dəstək verən və dəstək alan ölkədir. İsrail isə bölgəni özünün nəzarətinə almaq üçün 1948 ci ildən sistematik və çox xüsusi şəkildə düşünülmüş formada siyasət həyata keçirir.
1979 cu ilədək Məhəmməd Rza Şah Pəhləvinin devrilməsinədək İsrail İran münasibətləri normal idi və hər hansı gərginlik yox idi. Səbəb isə Pəhləvi Hökmdarlığının 2 ci Şahı olan bu şəxsin dövründə Qərb ölkələri ilə münasibətlər yaxşı idi. Çünki, ABŞ, Böyük Britaniya və digər anti sovet ölkələr Sovet hakimiyyətinin Cənubi Qafqazdan sonra İrana təsir edə bilmə ehtimalı olduğu üçün Tehranla dostluq əlaqələri yaratmışlar. 1979 cu ildə İran İslam inqilabından sonra Qərbə o cümlədən İsrailə münasibət kəskin xarakter aldı. İlk anti Qərb dalğası inqilabdan az sonra ABŞ səfirliyinə edilən basqınla özünü büruzə vermişdir. O vaxtdan xüsusən ABŞ və İran arasında diplomatik münasibətlər minimuma enmiş və İsrail də Vaşinqtonun müttəfiqi kimi qarşı tərəfə rəqib kimi baxmışdır.
İranın İsraillə hazırda münasibətlərinin ən kəskin və de faktor müharibə həddinə çatması bir məsələni aktual edir – II Körfəz müharibəsi. Vaxtilə, İraqda 1990 cı il avqustun 2 i Bağdadın Küveyti işğal etməsinə görə Səddam Hüseyn hakimiyyətinin devrilməsi üçün ABŞ nin başçılıq etdiyi 37 dək ölkənin iştirak etdiyi koalisiya hərbi əməliyyatlara başlayır. 1991 ci ilin 28 fevralı müharibə koalisiyanın qələbəsi və Küveytin azad edilməsi ilə başa çatır. İndi isə İsrail İranla görünür ki, münaqişə daha da genişlənsə təkbaşına mübarizə apara bilməyəcək çünki, Yəməndən ara sıra raket atəşinə məruz qalmalar, Tehranın hava hücumları vəziyyəti kritik həddə çatdırır. Baxmayaraq ki, 2023 cü il 7 oktyabrdan bəri Həmas, Livanda Hizbullah zəiflədilsə də, Suriyada Əsəd hakimiyyəti devrildikdən sonra İran meyilli qüvvələrin şimal sərhədlərində varlığı başa çatsa da İran yenə də əsas hərbi güclərdən biri olaraq qalır və ABŞ əsas siyasi dayağı olan Tel Əvivi itirmək istəməz. Çünki, İran həm də Rusiyanın müttəfiqi və Hind okeanına çıxış üçün rol oynayan və Qərbin sanksiyalarına davam gətirmək üçün iqtisadi əlaqələr vasitəsi ilə Moskvanın çökməsinə icazə verməyən dövlətdir.
Ukraynada Rusiyanı məğlub edə bilməyən Şimali Atlantika İttifaqı İranı İsraillə toqquşdurmaq beləcə Putinə qarşı ikinci şərti cəbhə açmaq istəyir. Beləcə həm Rusiyanın iqtisadi gücünü kompensasiya etməsinə mane olacaq həm də İranı zəiflətməklə Cənubi Asiya regionunda ABŞ nin təsirini artıracaq.
İsrail ABŞ la birgə bölgəni ələ almaq, neft və qaz ehtiyatlarına çıxış əldə etmək istəyir.
ABŞ şübhə yoxdur ki, İrana qarşı kömək üçün İsrailə hərbi yardıma gələcək, iki cəbhə üzrə bu baş verə bilər birincisi İsrailə birbaşa hərbi texniki sursat və əsgər yardımı və ikincisi Hörmüz körfəzindən İrana birbaşa hərbi müdaxilə.
Hər iki halda münaqişə qloballaşa bilər və ABŞ çoxlu əsgər itirməmək üçün digər NATO ölkələrini də münaqişəyə cəlb edə bilər.
İsa İsmayılov Elşad Oğlu