Dörd qolbağını satıb işə başlayan qadın sərvət qazandı – FOTOLAR

Dörd qolbağını satıb işə başlayan qadın sərvət qazanıb.
Müstəqil.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində yaşayan 39 yaşlı üç uşaq anası Fatma Öncəl dörd qolbağını sataraq heyvandarlığa başlayıb. Bu gün isə bu sahədə o, kifayət qədər uğur qazanıb. Qurban bayramı ərəfəsində qadın 16 tona yaxın ət satıb. Təsərrüfatını genişləndirmək istədiyini deyən qadın gələcək üçün Antalyanın ət ehtiyacını qarşılaya biləcəyini bildirib.
 Onun bu işə başlamasının isə maraqlı tarixçəsi var. Antalyanın Muratpaşa rayonunda yaşayan Fatma Öncəl 11 il öncə həyat yoldaşına dəstək olmaq üçün heyvandarlıq işi ilə məşğul olmaq istəyib. Həyat yoldaşının razılığından sonra qadın dörd qolbağını sataraq inək alıb. İlk vaxtlar süd sataraq pul qazanmağa başlayan qadın zamanla inəklərin sayını 200-ə çatdırır. Bir müddət sonra zəhmətkeş qadın on il ərzində 130 inək, 250 toyuq, 107 keçi və 3 at sahibi olub. İndi onun təsərrüfatında öz işçiləri də çalışır.

Share: