9-cu sinif şagirdini 25 yaşlı sevgilisi “Toyota”da zorladı, sonra… – DƏHŞƏTLİ HADİSƏ

Rusiyanın Altay Respublikasında dəhşətli hadisə baş verib.

Publika.az “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, Ust-Koks qəsəbəsində yerli məktəbin doqquzuncu sinfin qız şagirdini əvvəl zorlayıb, daha sonra isə boğublar.

Həddi-buluğa çatmamış qızı “Toyota” markalı avtomobilin salonunda, boynu avtomobilin qapısına iplə bağlanmış halda aşkarlayıblar.

Mənbənin verdiyi məlumata görə, hadisə avqust 2-də gecə baş verib. Məktəbli qız gündüz anasından icazə alaraq rəfiqəsinin evinə gecələməyə gedib. Gecə isə rəfiqəsinin evindən Danil adlı 25 yaşlı sevgilisiylə görüşə gedib. Danil dostundan avtomobilin açarlarını xahiş edib. Cavan insanlar cinsi münasibətdə olarkən musiqini dinləmək fikrində idilər.

Maşının sahibi səhər qızın cansız bədənini avtomobildə aşkar edib. Hamı Danili axtarmağa başlayıb, amma onun cəsədini evlərində aşkar ediblər. Onun intihar etdiyi ehtimal edilir.

Mənbə qeyd edir ki, cinayət işinin araşdırılması şübhəlinin ölümü ilə bitə bilər, amma qızın anası işin daha ətraflı tədqiqatında təkid edir.

Müstəqil.Az

Share: