Dollarlar, avrolar sizi xilas edə bilməyəcək… – Ərdoğan

Hamımız bilirik ki, seçkiyə təsir etmək üçün əllərindən gələni edəcəklər. Bu həssas məqamda bizə düşən millətin əmanətinə sahib çıxmaqdır.

Müstəqil.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Bizi daxildən vurmaq istəyənlərdən bunun hesabını necə soruşmağı bilirəm. Bu ölkə hamımızın ortaq vətənidir. Dollarlar, avrolar sizi xilas edə bilməz, sizi millət xilas edə bilər”, – Ərdoğan qeyd edib.

Share: