Azərbaycanda bütün sənədsiz evlər rəsmiləşdiriləcək – Sərəncam

“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”.

Müstəqil.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.

E.Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını vurğulayıb:

“10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.

Share: