Direktorun təcavüz etdiyi tələbə məktəbdə yandırıldı – DƏHŞƏT…

Banqladeşdə 19 yaşlı mədrəsə tələbəsi direktorun ona təcavüz etdiyini şikayət etdikdən sonra məktəbdə yandırılıb.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, gənc qız direktorun onu otağına çağıraraq təcavüz etdiyindən sonra hadisəni ailəsinə bildirərək polisə şikayət edib.
İki həftə sonra sınaqlar üçün döndüyü mədrəsədə üzərinə qaz yağı tökülərək yandırılan tələbə 5 gün sonra həyatını itirib.
Hadisə ilə bağlı 15 nəfərin həbs olunduğu və aralarında iki oğlan tələbənin olduğu da ifadə edilərkən, məktəb direktorunun nəzarətə götürüldüyü bildirilib.
Müstəqil.Az
Share: